Son zamanlar bəzi avtomobillərin hərəkətdə olarkən və dayandığı yerdə alışıb yanmasının şahidi oluruq.

araz.az   Avtosfer.az-a istinadən  xəbər verir ki, bunun bir çox səbəbləri var. Xüsusən də elektrik sisteminə edilən müdaxilələr maşınların yanmasına əsəs səbəb kimi göstərilir.
Elə təqdim etdiyimiz görüntülərdə də bu məsələ öz əksini tapıb. Bu video sürücülər və ən əsası da, avtomobil elektrikləri üçün yararlı məlumat toplusu ola bilər.
Əsasən əlavə qoşquların səbəb olduğu yanğınlar, avtomobildə bir-birinə calaq olunmuş kabellərin yaxşı bərkidilməməsindən yaranır. Avtomobilinizin təhlükəsiz olması üçün ustalara tez-tez müraciət etməyiniz vacibdir. Yay aylarında güclü istilərin olduğunu nəzərə alsaq, avtomobildə qısaqapanmaların daha çox olacağını dəqiqliklə deyə bilərik. Çalışdığınız qədər əlavə işıqlardan, səs gücləndiricilərdən və başqa elektrik ləvazimatlarından az istifadə edin. Belə təhlükəli halların qarşısını almasanız sizin üçün faciə ilə sonlana bilər.
Daha ətraflı videoda:

araz.az xəbər portalı.

araz.az xəbər portalı.