“Qeydiyyatsız dərmanları “Zəfəran” Apteklər şəbəkəsindən alıb, satırdım”.
araz.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, bu sözləri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan 1993-cü il təvəllüdlü Ağdaş rayon sakini Sənan Məmmədov (ad-soyad şərti) bildirib.
İdarə əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Sənanın yaşadığı ünvandan dəyəri 50 min manata yaxın dərmanlar götürülüb. O, bu dərmanları istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə alıb. Həmin dərmanların qanunla dövlət qeydiyyatı tələb olunduğunu, amma qeydiyyatdan keçmədiyini bilib.
Sənan məhkəmə ifadəsində bildirib ki, 2014-cü ildə Dövlət Tibb Universitetinin “Əczaçılıq” fakültəsini bitirib. Universiteti bitirdikdən sonra bir neçə aptekdə əczaçı kimi çalışıb. Sonuncu dəfə təxminən 2 il müddətində ünvan “Zeytun” aptekdə əczaçı-provizor vəzifəsində çalışıb. Maaşı isə 400 manat olub və həmin vəsaitlə ailə dolandırmaq çətin olduğu üçün iş saatlarımdan əlavə müddətdə müxtəlif apteklərdən sifarişlər əsasında əldə etdiyi qeydiyyatsız dərmanların pərakəndə satışı ilə məşğul imiş.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.