Avropa Parlamentində “Ermənistan-Azərbaycan münasibətləri: Qarabağda vəziyyət və Laçın dəhlizi” mövzusunda keçirilən dinləmələrdə ermənilər Bakıya qarşı təzyiqə nail ola bilməyiblər.
araz.az Publika.az-a istinadən xəbər verir ki, dinləmələrin əsas məqsədi Laçın postunun ləğv edilməsi məqsədilə Azərbaycana beynəlxalq təzyiqin edilməsi olub.
Sualları cavablandıran Avropa İttifaqının xarici əlaqələr üzrə baş komissarı Cozef Borrell isə bütün cəhdlərə baxmayaraq, buna nail olmağın mümkünsüz olduğunu izah edib.
Erməni politoloq Artur Xaçikyan Borrellin çıxışını şərh edərkən bildirib ki, Avropa İttifaqını daha çox Azərbaycan maraqlandırır, nəinki Ermənistan.
“Borrelin fikirləri o deməkdir ki, Avropa İttifqı Azərbaycana qarşı heç bir rıçaqdan istifadə etməyəcək. Avropa İttifaqı, Avropa Parlamenti, ümumilikdə Avropa strukturları Ermənistanı tərk edib, bizim “demokratiyamız” heç bir rol oynamır, Qərb Azərbaycanı tərəfdaş hesab edir”, – o deyib.
Erməni politoloq qeyd edib ki, Qərb Ermənistanı Rusiyadan uzaqlaşdırmaq üçün tələyə salıb.
“Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb, sonra isə Rusiyanı ermənilərin əvəzinə döyüşməməkdə ittiham edir. Lakin məlum oldu ki, nə Rusiya, nə də Avropa Ermənistanın əvəzinə mübarizə aparmayacaq. Borrellin bəyanatından çıxan nəticə budur ki, Ermənistan Aİ-dən heç nə gözləməməlidir”, – Xaçikyan bildirib.
Erməni şərhçi Akop Badalyan isə yazır ki, Avropa İttifaqı Ermənistanın “qulağını sığallayan” sözlər deyir, lakin reallıqda Azərbaycanın əlini sıxmağa davam edir.
Avropa Parlamentindəki dinləmələr və erməni şərhçilərin açıqlamaları götərir ki, Ermənistanın beynəlxalq müstəvidə Bakıya təzyiq etmək siyasəti iflasa uğrayır. Bunu rəsmi Bakının yürütdüyü xarici siyasətinin növbəti qələbəsi hesab etmək olar.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.