Iqbal Aİqbal Ağazadə: “Qarabağ münaqişəsinin həlli Rusiyanın Cənubi Qafqazdan çıxması ilə nəticələnə bilər”
Azərbaycanın Kollektiv Təhlüləsizlik Müqaviləsi Təşkilatına (KYMT) üzvlüyü son ayların ən ox müzakirə olunan məsələləri sırasındadır. Maraqlıdır, ölkəmizin bu quruma üzvlüyü milli maraqlarımıza cavab verirmi?

Moderator.az-a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə belə bir addımın Azərbaycan üçün fayda gətirməyəcəyini vurğuladı:

“Nə indi, nə də gələcəkdə Azərbaycanın Rusiya ilə birlikdə bu quruma üzvlüyü milli maraqlarımıza xeyir gətirmir. Bu quruma üzvlük Qarabağ problemini həll etməyəcək. Azərbaycanın işğal edimiş torpaqlarının geri qaytarılmasında Rusiyanın vasitəçiliyinə səbəb olmayacaq. Sadəcə olaraq, Qərb yönümlü siyasət yürüdən Ermənistanı qorxutmaq, onu geri çəkilməyə vadar etmək üçün Rusiya bu kimi təbliğat üsulundan istifadə edir. Bəziləri hesab edirlər ki, Azərbaycan KTMT-ə üzv olsa, dərhal Qarabağ problemi həll ounacaq, Qarabağ qaytarılacaq. Bu, yanlışdır. Rusiya heç bir halda, hətta Ermənistan Qərb yönümlü siyasət yürütdüyü halda belə, Qarabağ münaqişəsinin bu istiqamətdə həllinə maraq göstərməyəcək. Çünki bu münaqişənin həlli Rusiyanın Cənubi Qafqazdan çıxması ilə nəticələnə bilər”.

Seymur Əliyev

araz.az xəbər portalı.