Xəbər verdiyimiz kimi, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qızına toy edib. Bu barədə görüntüləri qurumub İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri vəzifəsinə Zamirə Ədilova paylaşıb. Onun paylaşımından sonra KİV-lərdə müzakirə mövzusuna çevirilib.

araz.az     32gun.az-a istinadən xəbər verir ki,  TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qızına qiyməti yarım milyon manata başa gələn dəbdəbəli toy etməsi sosial şəbəkələr və medianın gündəminə çevirilib.

Toyda ölkənin tanınmış müğənniləri də iştirak ediblər. Apardığımız araşdırma görə, Röyanın 3-4 mahnıya görə 25 min manat, Aygün Kazımovanın ifa etdiyi 3-4 mahnıya görə V.Qurbanov 30 min manatından keçməli olub. Ümumilikdə isə təkcə ölkə şou-biznes nümayəndələrinə 100 min manata yaxın pul xərcləyib.

Məclis Bakının ən dəbdəbəli restoranlarından olan “Böyük Saray”da başlasa da, toya hazılıq və fotosessiya “The Ritz-Carlton Baku” otelində baş tutub.

Toy qədər bəy və gəlinin hədiyyə və aksesuarları da diqqət çəkir.

Saytın əldə etdiyi məlumata görə, bəy toya taxdığı qol saatı İsveçrənın məşhur brendi “Longiness”dəndir.  Bəyin qolundakı “Longiness” brendinin “Elegant Collection” modelinin qiyməti 105.050 TL-dir (təxminən: 8 min manat).

Vüqar Qurbanovun qızının toyu üçün yarım milyondan keçdi- Bəyin saatı və gəlinin ayaqqabının qiyməti isə… (FOTO)

araz.az xəbər portalı.

araz.az xəbər portalı.