Hazırda Azərbaycan xalqı 4 növ fəlakətin içərisindədir: narkomaniya, narkotik maddələrin satışı (İran xətti), cinayətkarlığın çoxalması, krmininal qrupların aktivləşməsi (Rusiya xətti), qadın azadlığı adı altında fahişəliyin artması (Türkiyə xətti) və geylərin ciddi sosial şəkil alması (Avropa-ABŞ xətti).

Heç şübhəsiz ki, bütün bu neqtivlərin Azərbaycanda formalaşdırılması milli dövlətçilik anlayışını (modelini) sıradan çıxarmaq və xalqın genefondunu dağıtmaq məqsədi daşıyır. Müxtəlif ölkələr bu fəlakətlərin transfer olunmasında vintil rolunu oynasa da, hücum bir mərkəzdən başlanır. “Washington Post” nəşrində qeyd olunurdu ki, milli maraqlar, ailə institutları, din, milli dövlətçilik anlayışları relikt məfhumlardır və onları aradan qaldımaq lazımdır (By Jeffrey T.Kuhner The Soros empire, 28 october, 2010).

Mühüm coğrafi mövqeyi, təbii ehtiyatları, enerji təminatındakı yüksək iştirakçılıq potensialı, milli-mental dəyərləri və tarixi formulu Azərbaycanı neqtiv cərəyanların əsas hədəflərindən birinə çevirib.

Azərbaycanda cinayətkarlığın real statistikası heç də ürəkaçan deyil. Cinayətkarlığın sayı durmadan artmaqdadır. Ölkədə baş verən cinayət hadisələrinin ilk üçlüyündə narkotik maddələrin qanunsuz dövriyyəsi və istifadəsi (234-cü üzrə şamil olunan cinayətlər), oğurluq (177 və digər mülkiyyət əleyhinə olan cinayətlər) və adam öldürmə (120-ci maddə üzrə şamil olunan cinayətlər, eləcə də 126-ci maddə) faktları yer alır.

Mövcud durum və real statistika bizi dərindən düşünməyə vadar etməlidir. Ölkədə cinayətlərin sayı niyə kosmik şəkildə artır? Bərbad təhsil, sosial təminatın olmaması, vətəndaşların əmək və yaşam imkanlarının məhdud olması bu prosesin əsas bazasını təşkil edir. Əvvələr kriminal qrupların ölkədəki fəaliyyəti tamamilə bloklanmışdı, amma son vaxtlar bu qrupların fəaliyyəti də aktiv fazaya daxil olmaqdadır. Bəlkə də artıq gecdir, amma oturub düşünmək lazımdır ki, insanların cinayətlərdən uzaq olmasına necə nail olmaq olar?! Bunun konseptual əsasları, qarşılıqlı və sistemli fəaliyyət prinsipləri (dövlət qurumlarının məsuliyyəti və cəmiyyətin səfərbər edilməsi) işlənib hazırlanmasa, təbii ki, heç bir nəticə əldə edə bilməyəcək. Əgər bu istiqamətdə tədbirlər görülməsə, cəmiyyətdə daha ağır törəmə problemlər də formalaşacaq.

Təsəvvür edin, hazırda Azərbaycan cəzaçəkmə müəssisələrində təxminən 27 min məhbus cəza çəkir. Ötən illər ərzində isə bu rəqəm 23-24 mini ötmürdü. Nə qədər acınacaqlı olsa da, deməliyik ki, ölkədə qəribə “cinayət karuseli” formalaşıb.

Məsələn, kimsə narkotik maddə satır, polis orqanları da onu yüksək peşəkarlıqla saxlayır. Yəni, polis orqanları öz işinin öhdəsindən layiqincə gəlir. Ardınca məhkəmə hökm oxuyub həmin şəxsi cəzaçəkmə müəssisəsinə göndərir. Məhkəmənin də işi budur. Bəs, Penitensiar Xidmətin işi nədir? Təbii ki, cinayət törədən bu şəxsi islah etmək, reabilitasiya prosesi aparmaq… Heç kəsə sirr deyil ki, cəzaçəkmə müsəsisələrində islah prosesi yoxdur. Məhbus cəzaçəkmə müəssisələrində daha da şikəst olur, törətdiyi cinayətə görə ona peşmançılıq hissi yaşadan heç bir tədbir görülmür. Azadlığa çıxan şəxs təkrar cinayət törədir. Yenə də polis tutur, məhkəmə hökm verir, Penitensiar Xidmət isə islah etmir. Bu o deməkdir ki, Penitensiar Xidmət aidiyyatı dövlət qurumlarının, eləcə də polis orqanlarının fəaliyyətini iflic edir. Polis orqanları böyük zəhmət və zaman hesabına hansısa cinayətkarı tutursa, Penitensiar Xidmət niyə həmin şəxsi islah etmir və sonda yenidən daha “peşəkar” cinayətkar kimi cəmiyyətə ötürür? Penitensiar Xidmət bu karuselin formalaşmasında əsas təminatçı kimi çıxış edir. O da qeyd olunmalıdır ki, azadlığa çıxan şəxsi daha ağır problemlər gözləyir, işsizlik, ailə saxlamaq, borc ödəmək və s.

Movcud situasiya qarşıda ağır bir mərhələnin işartılarını göstərməkdədir. Müxtəlif institutların araşdırmaları göstərir ki, narkomaniyanın kütləvi şəkil alması gələcəkdə narkotik maddələrin satışının leqallaşdırılması üçün hazırlanan zəmindir. Çünki müəyyən bir mərhələdən sonra narkomaniyaya qarşı cəzaların sərtləşdirilməsi də heç bir işə yaramır, dövlət isə bu leqallaşmaya getmək məcburiyyətində qalır.

SSRİ dövründə, eləcə də müstəqilliyimizin ilk illərində məhkumların cəza çəkəcəyi yer İslah əmək müəssisələri adlandırdı. İslah-əmək! Daha cəzaçəkmə müəssisəsi yox! Əvvələr məhbusların islah prosesində əmək amili mühüm rol oynayırdı. İndi cəzaçəkmə müəssisələrində əmək prosesi varmı? Varsa, bu, məhbusları islah edirmi? Ümumiyyətlə, cəzaçəkmə müəssisələrindəki əmək prosesi dövlətə səmərədir, yoxsa şəxsi gəlir mənbəyinə çevrilib?

Dəhşətlisi budur ki, İran ölkəmizdəki agenturasını uzun illərdir Azərbaycanda narkotik dövriyyəsindən əldə etdiyi gəlirlər hesabına formalaşdırıb. İrandan ölkəmizə axan “narkotik seli”ndən gələn gəlirlər agentura şəbəkəsinin formalaşmasının əsas maliyyə qaynağıdır. Sərhədlərimizdən qaçaqmalçılıqla ölkəmizə daşınan narkotik maddələrin qarşısı qətiyyələ alınmalıdır, bunu hər vəchlə etmək lazımdır. Lazımdırsa, qaçaqmalçılığın həyata keçirildiyi müxtəlif sərhəd nöqtələrində betondan divar hörülməlidir. Xalqı bu fiziki və mənəvi terrordan xilas etməyin zamanı çoxdan çatıb, bəlkə də gecikmişik.

2012-ci ildə Türk İqtisadi və Sosial Tədqiqatlar Fondunun və Avrasiya Əməkdaşlıq Fondunun Gürcüstanda keçirdiyi tədbirdə müzakirə olunan mühüm məsələlərdən biri Azərbaycanla bağlı idi. Həmin tədbirdə Türkiyə seriallarının Azərbaycanda təbliği məsələsi müzakirəyə tələb kimi çıxarılmışdı. Vaxtilə hər iki təşkilat SOROS Fondunun maliyyə dəstəyi ilə yaranıb. Həqiqətən də 2012-ci ildən başlayaraq, Türkiyə seriallarının Azərbaycanda kosmik təbliğatına start verildi. Görəsən, ABŞ Türkiyə seriallarının Azərbaycanda təbliğ olunmasına və bu prosesə milyonlarla vəsaitin xərclənməsində niyə maraqlı idi? Bu serialların Azərbaycan xalqına vurduğu zərərin həcmi ölçüyə gəlməyəcək dərəcədə böyükdür. Artıq Azərbaycanda milyonlarla insan (kütlə) Türkiyə seriallarının təsiri altında evlənir, boşanır, uşaq dünyaya gətirir və hər kəs asan yolla pul qazanıb böyük şirkət sahibi olacağına inanır. Məhkəmələrdə boşanma proseslərinin və ailə münaqişələrinin təhlili göstərir ki, sayı minlərlə hesablanan, təhsilsiz, övlad sahibi olan qadınlar sevgi axtarışına baş vurur, onlar yenidən sevəcəklərinə, ərinin və övladlarının bu istiqamətdə ona mane olmayacağına inanırlar. Bütün bu əxlaqsızlıqlar isə “qadına şiddətə son”, “qadın azadlığı” adı altında sosial şəbəkələrdə qabardılır və hesabatlar hazırlanır. Azərbaycanda bu istiqamətdə böyük qrantlar hesabına işləyən xeyli sayda təşkilatlar da fəaliyyət göstərir.

Ölkədə geylərin çoxalması və onların sosial statusu da əvvəlki illərdən tamamilə fərqlənir. Əgər 15 il geylər cəmiyyət içərisində görünməkdən çəkinirdilərsə, hazırda onlar geniş azadlıq və imkanlar əldə ediblər. Bu gün geylər həm təşkilatlatblar (LGTB), həm də müxtəlif sahələrdə ciddi mənsəb sahiblərinə çevriliblər. “İstanbul konvensiyası”ndan müxtəlif ölkələrin sürətlə imtina etdiyi bir ərəfədə ölkədə geylərin sərhədsiz imkanlar qazanması ABŞ-ın ciddi uğuru kimi qiymətləndirmək olar.

Azərbaycan dövləti milli maraqlarımızın, ailə institutlarının, genefondun, insanların fiziki və mənəvi terrorla məhv edilməsinin qarşısını almalıdır.

 Samir FEYRUZOV.

araz.az xəbər portalı.