“Palmali Holdinq”in prezidenti Mübariz Mənsimov mərhum atasının sabah Bakıda baş tutacaq dəfn mərasimində iştirak edə bilməyəcək.
araz.az xəbər verir ki, bu barədə iş adamı öz sosial media hesabında paylaşım edib. Mənsimov İstanbuldan çıxmamaqla bağlı məhkəmə qərarına görə Bakıya gələ bilməyəcəyini bildirib:
Qeyd edək ki, Mübariz Mənsimovun atası bu gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.
Xatırladaq ki, FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən M. Mənsimovun 2021-ci ilin martında məhkəməsi keçirilmiş, o, 5 il müddətinə şərti cəza alaraq məhkəmə nəzarəti altında şərti azadlığa buraxılmışdı. İş adamı həmin ilin iyunun 29-da İstanbuldan çıxmama şərtiylə ev həbsindən azad olunub.
araz.az xəbər portalı.