“Gədəbəyin Söyüdlü kəndində polisin qadınlara qarşı və xüsusən də yaşlı qadına qarşı utanverici hərəkəti DİN başçısı tərəfidən cəzasız qalan deyil.

Hərçənd ki, o polis nəfəri əmri yerinə yetirəndir”. Bunu “Olaylar”a deyən hüquqşünas Vüqar Dadaşovun sözlərinə görə, elə bir əmr verən rəhbərlik də layiqli dərsini almalıdır ki, belə məsuliyyətsiz addımllar DİN-nin nüfuzuna xələl gətirməsin:
“Haqq üçün, cənab nazir Vilayət Eyvazov polisin nüfuzunun, hörmətinin yüksəldilməsi və cəmiyyətin polisə etimadının artması üçün böyük işlər görüb və çoxlu real nümunələr göstərib”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.