“Nar” 26 İyun — Silahlı Qüvvələr Günü ərəfəsində Azərbaycan Ordusuna mənəvi dəstək məqsədi ilə, “N” saylı hərbi hissədə xidmət edən hərbi qulluqçularla görüş keçirib.

Bu barədə, mobil operatordan araz.az-a daxil olan məlumatda deyilir ki, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə baş tutan bu tədbirdə çıxış edənlər, vətənpərvər əsgərlərimizi qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayıblar.
Vətənimizin keşiyində duran əsgərlərə “Nar”ın ehtiramını nümayiş etdirmək məqsədi daşıyan bu layihə, mobil operatorun vətənpərvərlik üzrə korporativ sosial məsuliyyət xəttinin bir hissəsidir. “Nar”ın KSM istiqamətində həyata keçirdiyi lahiyələrlə nar.az/projects səhifəsindən tanış ola bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə, ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq, sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.