“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Qurban bayramı münasibəti ilə, Daşkəsən rayonunda qeydiyyatda olan şəhid ailələrini ziyarət edib.
Bu barədə, Cəmiyyətdən araz.az-a daxil olan məlumatda deyilir ki,
QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsinin yerli əhali və icmalarla iş prioritetləri çərçivəsində təşkil edilən ziyarətin məqsədi müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda həyata keçirilmiş hərbi əməliyyatlar zamanı həlak olmuş şəhidlərimizin ailə üzvlərinin daim diqqətdə saxlanılması, onların rifah halının yaxşılaşdırılması istiqamətində dövlətin yürütdüyü siyasətə əlavə töhfə verməkdir. Məlumata görə,
Qurban bayramı ərəfəsində təşkil edilən ziyarət zamanı şəhid ailələrinə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim edilib, şəhidlərimizin xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Qeyd edək ki, “AzerGold” QSC-nin Sosial Təsir və Məsuliyyət üzrə siyasəti çərçivəsində mütəmadi icra edilən bu tip aksiyalar sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, QSC-nin aktiv hasilat və istehsalat fəaliyyəti göstərdiyi bölgədə yaşayan ailələrin hərtərəfli qayğı ilə əhatələnməsinə xidmət edir.
Xatırladaq ki, “AzerGold” QSC ölkəmizin aparıcı dağ-mədən şirkəti olaraq aktiv hasilat və istehsalat fəaliyyəti göstərdiyi bölgənin iqtisadi inkişafına töhfələr verməklə yanaşı, həmin regionda yaşayan əhalinin rifahının yaxşılaşdırılması istiqamətində sosial tədbirlər, müxtəlif xeyriyyə aksiyaları icra edir. Daşkəsən rayonu, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin yaxınlığında yerləşən kəndlərin sakinləri QSC tərəfindən, mütəmadi olaraq, təhsil, sağlamlıq, məşğulluq, sahibkarlığın təşviqi və s. istiqamətləri üzrə icra edilən layihələrdən faydalanırlar.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.