Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Xidmətə rəis təyin edib.
araz.az xəbər verir ki, əmrlə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.
Xatırladaq ki, Nazim Mahmudov 22 mart 1980-ci ildə anadan olub.
2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr pilləsini “biologiya” ixtisası üzrə, 2005-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universistetinin magistr pilləsini “maliyyə və kredit” ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 2000-ci ildə başlamışdır. 2002-2006-cı illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsində mühəndis, baş məsləhətçi, 2006-2012-ci illərdə Aparatın Ekoloji Təbliğat Şöbəsində məsləhətçi, sektor müdiri əvəzi, 2012-2015-ci illərdə Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentində baş məsləhətçi vəzifəsində çalışmışdır. 2015-2017-ci illərdə Nazirliyin Ekoloji Təbliğat Şöbəsinin məsləhətçisi vəzifəsini icra etmişdir. 2018-ci ildən Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəis müavini vəzifəsində çalışır. 16 aprel 2021-ci il tarixdən Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi vəzifəsini icra edir.
23 iyun 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medal ilə təltif olunmuşdur.
Ailəlidir, 2 övladı var.
araz.az xəbər portalı.