Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya rəsmi səfər edib.
“Ölkə.Az” xəbər verir ki, erməni heyətinin tərkibində baş nazirin müavini Mqer Qriqoryan da var.
Paşinyan səfər ərəfəsində Azərbaycana güclü zərbə endirəcəyi barədə sərsəm fikirlər səsləndirib.
“Ermənistan Respublikası və erməni xalqı güclü əks zərbə endirməyə hazır olmalıdırlar. Heç kim bizimlə təhdid və güc dilində danışa bilməz”, – deyə Paşinyan jurnalistlərə bildirib.
Erməni baş nazir müsahibəsində Ermənistan Silahlı Qüvvələrinin texniki təchizatından, Dağlıq Qarabağ münaqişəsinin həllindən, Ermənistan-Rusiya münasibətlərindən və KTMT-nin fəaliyyətindən danışıb.
Qeyd edək ki, 8 sentyabr tarixində Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır. Sonra isə Ermənistan hökuməti Moskvada yaşayan erməni biznes cəmiyyətinin nümayəndələri ilə görüş keçirəcək.
Hikmət Həsənov
Ölkə.Az
araz.az xəbər portalı.