Yunanıstan-Türkiyə sərhədində yerləşən Feres rayonunda silahlı insident yaşanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə yunan mediası məlumat yayıb.
Bildirilib ki, hadisə Yunanıstan sərhədini keçən 2 türk hərbçinin saxlanılmasından sonra baş verib.
Saxlanılanlardan biri kiçik leytenant, digəri isə çavuşdur.
Qeyd edək ki, daha əvvəllər də sözügedən sərhəd-keçid məntəqəsində bənzər silahlı insidentlər yaşanıb.
araz.az xəbər portalı.