Çində həkimə gedən və hamilə qalacağı müəyyənləşən qadın illərdir gizli saxladığı əhvalatı oğluna danışıb. Həmin hekayəni eşidən 60 yaşlı kişi göz yaşlarına hakim ola bilməyib.
Adını açıqlamaq istəməyən 60 yaşlı kişi anasını huşunu itirdikdən sonra xəstəxanaya aparıb.
91 yaşlı qadın xəstəxanada ətraflı müayinə olunarkən ortaya çıxan nəticə çoxlarını heyrətə salıb. Çinin Siçuan əyalətində yaşayan 91 yaşlı qadının “hamilə” olduğu ortaya çıxıb. Vəziyyəti həkimlər oğluna izah edəndə 60 yaşlı kişi “Necə hamilə qala bilər, anamın 91 yaşı var”,- sualını verib. Atasının illər öncə rəhmətə getdiyini və o vaxtdan anasının nəvələrinə baxdığını deyən kişi, yaşlı qadının daim ev işləri ilə məşğul olduğunu bildirib. Xəstəxananın səhv diaqnoz qoyduğunu düşünən kişi anasını evə aparıb. Lakin onlar evə qayıtdıqdan sonra kənddə söz-söhbətlər dolaşmağa başlayıb. “Gələcək ana” isə təzyiqlərdən sonra ilk olaraq illərdir saxladığı sirri oğlu ilə bölüşüb. 56 il əvvəl hamilə qaldığını deyən qadın körpəsinin cəmi 3 aylıq olarkən öldüyünü, oğlunun isə həmin vaxt 6 yaşında olduğunu etiraf edib. Maddi imkansızlıq ucbatından dölünü çıxara bilməyən qadın 56 il ölü uşağını bətnində gəzdirib. Bir müddət qarın ağrılarından əziyyət çəkən qadın şikayətləri bitdikdən sonra bir daha həkimə müraciət etməyib.
Hadisəni anasından eşidən 60 yaşlı kişi göz yaşlarını saxlaya bilməyəcəyini mətbuatla bölüşüb. Anasını yenidən xəstəxanaya aparan kişi dölün “ektopik hamiləlik” səbəbiylə öldüyünü açıqlayıb. Bu yumru hamiləlik yaşlı qadının bədənində əlavə ət parçası kimi olub. Digər tərəfdən, həkimlər qadının yaşı və sağlamlıq vəziyyətinə görə sözügedən dölü çıxarmayıb. 91 yaşlı qadın daşlaşmış döllə 60 il yaşayıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.