Bəs Zəngəzur dəhlizinin açılması reallaşmağa doğru gedirmi?
araz.az referans.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov açıqlamasında bildirib ki, Zənəgəzur dəhlizinin açılması artıq an məsələsidir:
“Zəngəzur dəhlizinə mane olan qüvvələr olsa da, əvvəl-axır açılacaq. Əksər ölkələr bu dəhlizin açılmasına maraqlıdır. Hətta Çin, Amerika kimi dövlətlər bu dəhlizin açılmasında kifayət qədər maraqlıdırlar. Azərbaycanın dövlət başçısı da bir neçə dəfə öz çıxışlarında qeyd edib ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. Çünki o dəhlizin açılmasında kifayət qədər işlər gedib. Ermənistan hələ ki, buna manevr edir, amma onları da bunu etməyə məcbur edən İrandır. İran açıq-aşkar istəyir ki, bu dəhliz açılmasın ona görə də, buna maneələr törədir. Amma yenə də deyirəm, mümkün olan məsələ deyil. Çünki bu beynəlxalq aləmdə yaxşı mənada kifayət qədər həllini tapıb”.
Vahid Əhmədov hesab edir ki, bu ilin sonuna qədər Zəngəzur dəhlizinin açılması mümkündür. Onun sözlərinə görə, cənab prezident İlham Əliyev bu məsələdə çox ciddi siyasi işlər aparır: “Mən belə düşünürəm ki, hətta bu il də Zəngəzur dəhlizi açıla bilər, çünki cənab prezidentimiz də bu sahədə çox ciddi siyasi işlər aparır. Eyni zamanda qardaş ölkə Türkiyə də bu məsələdə kifayət qədər maraqlıdır. Bu dəhlizin açılmasında onlar da öz mövqelərini ortaya qoyublar”.
Zəngəzur dəhlizində əsas məsələnin sülh sazişinin olmadığını deyən deputat, Ermənilərin bu sazişi uzatmağa çalışdığını, rusların isə öz sülhməramlılarını oradan çəkmək istəmədiklərini bildirib. Artıq bölgədə vəziyyət tamamilə dəyişib. Mövqedə Türkiyə söz sahibidir. Buna görə də Ermənistan həmçinin İran istəsə də, istməsə də Zəngəzur dəhlizi açılacaq – deyə Vahid Əhmədov qeyd edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.