Azərbaycan siyasi sferada olduğu kimi digər sahələrdə də Ermənistanı qabaqlayır və düşməni yerində oturtmağı bacarır. Biz həm 44 günlük Vətən Müharibəsində, həm də ondan sonrakı dövrdə bunun şahidi olmuşuq. Xüsusən də informasiya savaşı və sosial şəbəkələrdəki aktivlik baxımından Azərbaycan cəmiyyəti erməniləri çox geridə qoyur. Bu məsələdə gənclərimiz də fəal rol oynayır.

Sosial şəbəkələrdə Kənan Şəmkirli profili ilə aktiv olan azərbaycanlı gəncin ermənilərlə çəkdiyi videoçarx olduqca böyük maraq yaradıb və ermənilərə sözün əsl mənasında “göz dağı” olub.

Belə ki, azərbaycanlı gənc TikTok sosial platformasında əlində erməni bayrağı tutaraq özünü erməni kimi təqdim edib və onlarla elə öz dillərində dialoqa qoşulub. Öncə Kənanın erməni olduğunu düşünən ermənilərin üzündə təbəssüm yaransa da, sonradan azərbaycanlı gəncin bayraqla burnunu silməsi izləyicilərin mimikasını kökündən dəyişib. Nə baş verdiyini anlamayan erməni gəncləri söyüşə əl atsalar da, Kənanın sərt reaksiyası qarşısında aciz qalaraq dialoqu sonlandırıblar.

Bir sözlə, azərbaycanlı gəncin çəkdiyi video sözün əsl mənasında erməniləri çətin vəziyyətə salıb. Tiktoker bu video ilə bir müddət öncə Ermənistanda keçirilən beynəlxalq idman yarışında bayrağımızın yandırılmasına sərt cavab verib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.