Kanadalı alimlər müəyyən peşələrdə 10 il və ya daha çox işləməyin xərçəng riskini artırdığını açıqlayıb.

Bununla bağlı Monreal universitetinin mütəxəssisləri araşdırma aparıb.

Tədqiqatçılar 18-79 yaş arası qadınlar haqqında məlumatları təhlil edib.

Yumurtalıq xərçəngi diaqnozu qoyulan 491 qadın xəstəliyi olmayan 879 qadınla müqayisə edilib.

10 il və daha çox bərbər, saç ustası, gözəllik və ya buna bənzər peşələrdə çalışanların xərçəngə tutulma ehtimalının 3 qat daha çox olduğu bildirilib.

Mütəxəssislər müəyyən kimyəvi maddələrə məruz qalmanın ciddi xəstəliklərə səbəb olduğunu deyib.

Onlar kosmetoloqların da təhlükə altında olduğunu bildirib.

Riskli peşələr siyahısında uzun iş saatları səbəbindən mühasib işləyən şəxslər də yer alıb.

Geyim sənayesində, xüsusən də tikmə sahəsində uzun müddət çalışanların xərçəngə tutulma nisbətini 85 faiz artırdığı üzə çıxıb.

Satış və ya pərakəndə ticarətlə məşğul olanların 45 və 59 faiz daha yüksək riskə malik olduğu açıqlanıb.

Yumurtalıq xərçənginə tutulma riski ən az olan peşə isə tibb bacısı olub.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.