Taksi sifariş verən müştəri ödəniş etsə də, xidmətdən yararlana bilməyib.

Sosial şəbəkələrdə yayılmış video taksi xidmətiylə məşğul olan 77-EF-907 dövlət nömrə nişanlı, “Toyota Prius” markalı avtomobilin sürücüsünə şikayəti əks etdirir. Belə ki, taksi sifariş edən müştəri ödənişi öncədən kart vasitəsilə sürücünün hesabına köçürüb. Daha sonra tətbiqə baxan zərərçəkmiş sürücünün ilə əlaqə saxlayaraq əraziyə çatdığını soruşub. O isə qarşılığında ünvanda olduğunu qeyd etsə də, müştəri sürücünü həmin ərazidə görməyib. Yenidən sürücü ilə əlaqə saxlayan şəxs zənglərinin cavabsız qaldığını bildirib. Bir müddət sonra isə tətbiqdə onun lazımi ünvana çatdırıldığı qeyd olunub. Həm pulu mənimsənilən, həm də xidmətdən yararlana bilməyən zərərçəkmiş insanlara xəbərdarlıq edərək diqqətli olmağa səsləyib.

VİDEO KEÇİD

araz.az xəbər portalı.

araz.az xəbər portalı.