Son günlər müğənni Niyam Salaminin idarə etdiyi, Novxanıda yerləşən restoranın müştərilərindən alınan yüksək məbləğdə hesabların fotosu sosial şəbəkələrdə yayılaraq müzakirələrə və tənqidlərə səbəb olub.

araz.az xəbər verir ki, sözügedən restoranda müştəriyə təqdim edilən daha bir hesabla bağlı foto yayılıb.

Bu dəfə isə məkanın müştərisi 107 manat 50 qəpik xidməthaqqı tutulmasından şikayət edib. Belə ki, müştərinin sifariş etdiyi yeməyin dəyəri 430 manat edib. Həmin məbləğin üstünə isə 107,5 manat dəyərində xidməthaqqı əlavə olunub. Qəbzdə sifarişin ümumi məbləğindən 25 faiz xidməthaqqı tutulması əks olunub.

Müştəri restorandan ona verilən hesabın qəbzini sosial şəbəkədə paylaşaraq, şikayətlənib.  

Qeyd edək ki, daha əvvəl də Niyam Salaminin işlətdiyi restoranın yüksək məbləğdə xidməthaqqı tutulması ilə bağlı müştəriyə verilən hesab qəbzinin fotosu sosial şəbəkədə yayılmışdı. Məkanın administratoru isə bu xidməthaqqına şou-proqramın da daxil edildiyini açıqlamışdı.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.