41496-1536666050.jpg

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru və Xüsusi İstintaq Xidmətinin rəhbərinin biabırçı səs yazısı yayılıb.
Muxalifet.az Ordu.az-a istinadən xəbər verir ki, sentyabrın 5-də “Youtube” kanallarından birində Ermənistanda böyük qalmaqala səbəb olacaq gizli səs yazısı ortaya çıxıb.
Məlumata görə, səs yazısı Ermənistanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan və Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan arasında sabiq prezidenti Robert Koçaryan və KTMT-nin baş katibi Yuri Xaçaturovun həbsi barədə danışıqlardan ibarətdir.

Əgər səs yazısında danışanların həqiqətəndə Sasun Xaçatryan və Artur Vanetsyana aid olduğu təsdiqlənərsə, o zaman hər iki məmurun dərhal istefaya göndəriləcəyi ehtimal edilir.

 

araz.az xəbər portalı.