Deputat Madər Musayev 75 yaşında dünyasını dəyişib.

O, bir müddət davam edən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, bir neçə gün öncə Madər Musayev ayağından aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu.

Xatırladaq ki, Madər Musayev XII çağırış Azərbaycan Ali Sovetinin və Azərbaycan Milli Məclisinin bütün çağırışlarında deputat seçilib. O, bununla da ümumilikdə 7 dəfə seçilən yeganə millət vəkili olub.

“Şöhrət”, “Şərəf” və “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.

“Araz” Media Qrupunun kollektivi adından, mərhumun doğma və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik! Ruhu şad, məkanı cənnət olsun, qəbri nurla dolsun!

araz.az xəbər portalı.

araz.az xəbər portalı.