Dövlət satınalmaları zamanı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) üzvü olmasına dair saxta sənədlər hazırladığına, “çətir şirkətlər” yaradaraq dövlət tenderlərində süni yollarla rəqabət yaratdığına və bununla da AQC-nin nüfuzuna ciddi xələl gətirdiyinə görə, “Unprice MMC” və “Koral MMC” Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sıralarından xaric edilib. Bu barədə, Cəmiyyətdən araz.az-a daxil olan məlumata görə, AQC-nin İdarə Heyəti adıçəkilən şirkətlərin faktiki sahibi Ramil Qasımzadənin əməlindən aiddiyatı dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına şikayət edilməsi barədə qərar qəbul edib.

Ramil Qasımzadənin “Unprice MMC”, “Koral MMC”, “Azprice MMC”, “Azvalue MMC”, “Morion MMC”, “Açar MMC” və “Sorğu Ekspert Mərkəzi MMC”nin sahibi olması və bu şirkətlərdən dövlət tenderləri zamanı süni rəqabət yaratması məqsədilə istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. “Azprice MMC”nin dövlət satınalması zamanı saxta möhür, imza və şəhadətnamədən istifadə edərək dövlət orqanlarını aldatması, saxta sənədlərdən istifadə faktı, eləcə də Ramil Qasımzadənin fəaliyyətinə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.