Yaponiyanın avtomobil istehsalçısı Nissan Motor daxili bazarda satılmış 700 minə yaxın avtomobili geri çağırmaq qərarına gəlib.
Bu barədə cümə günü NHK telekanalı məlumat yayıb.
Qeyd olunur ki, Yaponiyanın daxili bazarında satılmış beş Nissan modeli mühərriklərdəki qüsurlara görə geri çağırılır.
Mühərrikdə olan nasazlıq onun kortəbii sönməsinə səbəb ola bilər. Qüsurlu hissələrin dəyişdirilməsinin pulsuz həyata keçiriləcəyi vurğulanır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.