Azərbaycanın əksər ucqar bölgələrində vəkil çatışmır.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
O, Naxçıvanda da vəkil çatışmadığını diqqətə çatdırıb.
Fazil Mustafa, buna səbəb kimi “Vəkillik haqqında” qanundakı maddəni göstərib: “Belə ki, qanunvericiliyə əsasən, test mərhələsindən keçən vəkilliyə namizədlər üçün 3 illik iş stajı tələbi qoyulub. Bu müddəa ləğv olunmalı və vəkilliyə qəbul asanlaşdırılmalıdır ki, insanlar öz hüquqlarını müdafiə edə bilsinlər. Bununla ucqar bölgələrdə olan defisit aradan qalxar. Türkiyədə və digər başqa ölkələrdə belə müddəa yoxdur”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.