“Qarabağda belə bir  xüsusi əməliyyat keçirmək üçün Rusiya “sülhməramlı” kontingentinin rəhbərliyi ilə razılaşmaq da mümkündür. Onsuz da  bu dəqiqə Rusiya rəhbərliyi özü də, onun Silahlı Qüvvələri də elə bir vəziyyətdədirlər ki, onları istənilən şeyə razılaşdırmaq olar…”

Xəbər verildiyi kimi, bu gün – iyulun 14-də Xankəndindəki separatçı-revanşist qüvvələr, çox güman ki, Moskvanın dolayı dəstəyi ilə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı növbəti etiraz aksiyası keçiriblər. Onlar hətta Rusiya “sülhməramlı”larının Xocalı hava limanındakı baş qərargahına yürüş ediblər…

1989-1991-ci illərdə də Qarabağdakı ermənilər Ermənistandan silah-sursat və canlı qüvvə daşınması səbəbindən Azərbaycan xalq hərəkatı fəalları tərəfindən bağlanmış Gorus-Laçın-Xankəndi yolunun açılmasını tələb edən aksiyalar keçirirdilər. Həmin dövrdə Moskva Xankəndindəki separatçı, ekstremist fəalların vaxtında həbs olunmasına icazə vermədiyindən həmin hərəkat tədricən böyüyərək SSRİ-nin dağılmasına yaxın artıq silahlı savaşa çevrildi. Bəs bu gün – artıq Azərbaycanın müstəqil(!) dövlətinin, güclü(!) milli(!) ordusunun olduğu bir vaxtda Xankəndindəki separatçı-revanşist hərəkatın fəalları vaxtında həbs edilməzsə, zərərsizləşdirilməzsə, yaxın gələcəkdə bu hərəkat daha da genişlənərək ölkəmiz üçün əsl mənada təhdidə çevrilməz ki?..

araz.az  moderator.aza istinadən xəbər verir ki, mövzi ilə bağlı açıqlamasında 1988-1991-ci illərdəki milli azadlıq hərəkatının liderlərindən biri, Milli İstiqlal partiyasının fəxri rəhbəri Etibar Məmmədov bunları söyləyib:

“Təbii ki, əgər vaxtında tədbirlər görülməzsə, Qarabağdakı separatçı ermənilərin hərəkatı yenidən genişlənə bilər. Belə etiraz aksiyaları, mitinq və yürüşlər də ictimai fon yaratmaq, daxildə və xaricdə diqqəti cəlb etmək üçündür. Və oradakı ermənilərin ümumi fikri belədir ki, əgər Ermənistan hökuməti, onların dediyinə görə, artıq “artsax”ı satıbsa, bunlar yeni himayədar axtarırlar ki, Rusiyanın himayəsini rəsmiləşdirsinlər. Yəni çalışırlar ki, Rusiya onları himayə etdiyini rəsmi şəkildə elan etsin.  Və dünya ictimaiyyətini də buna cəlb etməyə çalışırlar ki, guya Qarabağdakı ermənilər blokadadadırlar, acından ölürlər və s. Yəni bu proses gedir. Və Oradakı əsas məsələ separatçı siahlı qüvvələrin neytrallaşdırılmasıdır. Bu vəzifə gündəlikdə dayanır. Və Azərbaycan dövləti üçün bu məsələni tez bir zamanda həll etmək zərurətə çevrilir. Belə bir  xüsusi əməliyyat keçirmək üçün Qarabağ torpaqlarımızdakı Rusiya “sülhməramlı” kontingentinin rəhbərliyi ilə razılaşmaq da mümkündür. Onsuz da  bu dəqiqə Rusiya rəhbərliyi özü də, onun Silahlı Qüvvələri də elə bir vəziyyətdədirlər ki, onları istənilən şeyə razılaşdırmaq olar…”

araz.az xəbər portalı.

araz.az xəbər portalı.