Şəmkirin Şiştəpə kəndində keçirilən və dəbdəbəsi bütün aləmə yayılan sünnət toyunun ardınca, Bakıda məşhur şadlıq sarayında da bənzər mərasim keçiriləcək.
araz.az bildirir ki, mis.az-ın əldə etdiyi məlumata görə, bu mərasim iyulun 15-də paytaxtın bahalı şadlıq saraylarından sayılan “Sapfir”də baş tutacaq.
Şəmkirin Şiştəpə kəndində baş tutan məclislə bənzərlik bundadır ki, “Sapfir”dəki mərasimin də təşkilatçısı Rusiyada fəaliyyət göstərən tanınmış iş adamıdır.
Məlumata görə, Novosibirsk şəhərində “gül kralı” kimi tanınan və əslən naxçıvanlı olan biznesmen öz qızına adıçəkilən şadlıq sarayında dəbdəbəli nişan mərasimi keçirir.
Oğlan evinin isə biznesmənin yaxın qohumu olduğu bildirilir.
Xeyir işə 500-dən çox qonaq dəvət olunub və əvvəlcədən elan verilib ki, heç kimdən nəmər qəbul edilməyəcək.
Azərbaycan estradasının 15-ə yaxın tanınmış simalarının dəvət aldığı məclisdə təkcə müğənnilər üçün ödəniləcək qonorarın həcmi 200 min dollar təşkil edir.
Nişana Rusiyanın da bir neçə tanınmış müğənnisinin qatılacağı bildirilir.
Sarayın bəzədilməsi üçün güllərdən ibarət dekorasiyalar da Ekvador və Hollandiyadan xüsusi təyyarə ilə gətirilib və qiymətinin 100 min dollardan artıq olduğu bildirilir. Xeyir işə Roya Ayxan, Nuri Sərinləndirici, Nadir Qafarzadə, Vəfa Şərifova, Nəfəs, Damla və başqa tanınmışların dəvət aldığı deyilir.
Məclisə Rusiya və Azərbaycanın biznes elitasının, ictimai-siyasi sektorunun da bir çox tanınmış simaları da dəvət alıb.
Allah gəncləri xoşbəxt eləsin!
araz.az xəbər portalı.
araz.az xəbər portalı.