Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib.

Məhkəmə-Hüquq Şurasının iyulun 14-də Komitəyə yeni seçilmiş üzvlər təqdim olunub, onlara fəaliyyətlərində uğurlar arzu edilib. Sonra Komitə üzvlərinin yekdil səsi ilə Ali Məhkəmənin hakimi Vidadi Cəfərov Hakimlərin Seçki Komitəsinin sədri seçilib.

İclasda həmçinin, hakimliyə namizədlərin imtahan prosesi ilə bağlı cari tədbirlər müzakirə edilib, bəzi təşkilati məsələlərə baxılıb.

Bəs, Vidadi Cəfərov kimdir?

Ali Məhkəmənin saytında ( https://supremecourt.gov.az/static/view/327 ) verilən məlumata görə, o, 1968-ci ildə anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetində Hüquq fakültəsini oxuyub. 2004-2005-ci illərdə “AKB İnşaat” MMC-də hüquqşunas, 2005-2007-ci illıərdə Bakı şəhəri 15 saylı Hüquq Məsləhətxanasında vəkil, 2007-2008-ci illərdə Sumqayıt Hərbi Məhkəməsində hakim və sədr vəzifəsini icra edən, 2008-2010-cu illərdə Sumqayıt Hərbi Məhkəməsinin sədri, 2010-2018-ci illərdə Sumqayıt Apellyasiya Məhkəməsində hakim, 2018-2022-ci illərdə    Sumqayıt Apellyasiya Məhkəməsi (Cinayət Kollegiyası üzrə sədr), 2022 -ci ilədn bu günədək isə Ali Məhkəmənin hakimidir.

***

Hakimlərin Seçki Komitəsinə yeni üzvlər seçilib.

araz.az Məhkəmə-Hüquq Şurasına istinadla xəbər verir ki, iclasda məhkəmə sisteminin səmərəliliyinin artırılması, hakimlərin seçim qaydalarının təkmilləşdirilməsi üzrə konkret təkliflər müzakirə olunub, məhkəmə fəaliyyətini tənzimləyən hüquqi akt layihələrinə baxılıb.

Eyni zamanda Hakimlərin Seçki Komitəsinə yeni üzvlər seçilib, bəzi təşkilati məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.