Məhərrəm ayı yaxınlaşdığından şadlıq evlərində sifarişlər sıfıra enib.
Yəni hər il olduğu kimi bu il də paytaxtda Məhərrəm ayında toy etmək istəyənlər demək olar ki yoxdur.
Şadlıq evlərinin inzibatçıları deyir ki, indidən Məhərrəm ayından sonrakı dövrə toy sifarişlərini qəbul edirlər.
Məhərrəm ayı ərzində isə restoranlarda müəyyən işlər həyata keçiriləcək. Hazırda şadlıq evrlərinin qiymətlərində ucuzlaşma müşahidə edilir.
O da bildirildi ki, qiymət ucuzlaşması mövsümü xarakter daşıyır. Payız aylarından etibarən qiymətlər yenə də əvvəlki vəziyyətə qayıdacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
araz.az xəbər portalı.
araz.az xəbər portalı.