Ötən gün sosial şəbəkələrdə və media resurslarında 44 gunlük müharibə iştirakçısı Nəbi Məmmədovun özünü yandırması, hətta vəfat etməsi ilə bağlı xəbərlər gündəm olub.

Gədəbəy rayon Mormor kənd sakini Nəbi Məmmədovun özünü yandırması ilə bağlı bəzi faktlar aşkarlanıb. Beləki özünü qazi adlandıran N. Məmmədov Vətən Müharibəsində iştirak etsə də döyüşlərdə yaralanmayıb və qazi deyil. Bundan başqa N. Məmmədovun cari ilin müvafiq dövründə Bakı şəhər Nizami rayonunda qadına məxsus çantanı soyğunçuluq yolu ilə ələ keçirdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.Hazırda həmin şəxsin törətdiyi cinayət əməlinə qiymət verilməsi üçün Məhkəmə prosesi davam etsə də təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə məhkəmədən yayınır. Məsuliyyətdən yaxa qurtarmaq istəyən N. Məmmədov sonuncu dəfə intihara cəhd edib və bunu işsizliklə əlaqələndirib.

Buradan bir daha qazilərə səslənir, onları insanların hisslərindən istifadə etməməyə çağırırıq. Belə tədqirdə inamsızlıq yaranır, ehtiyacı olan insanlar da köməksiz qalır.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.