Azərbaycanın demək olar bütün bölgələrində yay mövsümünə xas olmayan yağıntılar davam etməkdədir…

Dağlıq ərazilərdə yağış leysan xarakterli, aran bölgəsində isə intensiv olub… Bu, isti yay günlərində təbiətin insanlara bəxşişi kimidir… Amma Bakının küçələri həmişə olduğu kimi gölməçələrə dönüb. Kanalizasiya lüklərinin vaxtında təmizlənməməsi, yaxud harda gəldi göydələn tikmə “xəstəliyi” 40-50 il əvvəl inşa olunmuş kanalizasiya xətlərinin ötürücülüyünü sıfra endirib. Elə buna görə də Bakı küçələri gölməçələrə, paytaxt yolları isə tıxaclara məhkum edilir…

A.Məmmədli

araz.az xəbər portalı.