Türkiyəli ifaçı İbrahim Tatlısəsin müğənni qızı Dilan Çıtak Tatlısəs hava limanında hücuma məruz qalıb.
araz.az Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçı İstanbul hava limanında tanımadığı şəxslərlə münaqişə yaşayıb.
Dilan hadisə barədə məlumat verib:
“4 kişi üzərimə gəldilər. İş üçün telefonla danışırdım. Onlardan biri mənə “bağla çənəni, digəri isə dəqiq sən narkotik maddə istifadə edirsən” dedilər. Daha sonra iki nəfər də onlara qoşuldu. Polisi çağırdım, amma onlar gələnə kimi üstümə hücum etdikləri üçün əlimə keçən hər şeyi üstlərinə atdım. Dörd nəfərdən də hava limanının polis şöbəsində şikayətçi oldum. Biri şikayətimi geri çəkməyimi istədi, qəbul etmədim. Yenə də təhqir etməyə başladı”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.