“Savalan” ASC 2022-ci ili 127 min manat xalis mənfəət ilə başa vurub. 2021-ci ildə Şirkət nə mənfəət, nə də zərər etmişdi.

“Savalan” ASC-nin satışdan gəlirləri (əsas əməliyyat gəlirləri) 2021-ci ildə 286 min manat ikən, 2022-ci ildə 614 min manata yüksəlib. Beləliklə, ötən il Şirkətin satışdan gəliri 2 dəfədən çox artıb.

31 dekabr 2022-ci il tarixində “Savalan” ASC 1 milyon 781 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 1 milyon 632 min manat cəmi aktivlərə malik idi.

1998-ci ildə dövlət qeydiyyatına alınmış və 2 milyon 416 min 824 manat nizamnamə kapitalına malik olan “Savalan” ASC-nin direktoru Əzizağa Zeynalovdur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci önünə, ev 19-dur.

Qeyd edək ki, keçmiş “Azərmebelsənaye” Dövlət Konserninin tabeliyində olan Bakı şəhəri, Nizami rayonu, 1-ci Önünə küçəsi, 19 ünvanında yerləşən Bakı “Savalan” mebel fabrikinin əsasında “Savalan” Açıq Tipli Səhmdar Cəmiyyəti yaradılmışdır.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.