Space televiziyası “Hər Gün” xəbərlər xidmətinə müdir təyin edilib.
araz.az xəbər verir ki, bu gün “Space” Müstəqil Teleradio MMC-nin prezidenti Vaqif Mustafayevin əmri ilə, tanınmış jurnalist Azadə Balayeva xəbərlər xidmətinə müdir vəzifəsinə gətirilib.
Məlumatı Unikal.org-a Azadə Balayevə təsdiqləyib.
Qeyd edək ki, “Hər Gün” xəbərlər xidmətinin rəhbəri Elman Şirbağırovun işdən ayrılması ilə 2 ildir ki, müdir vəzifəsi boş idi.
Redaksiyamız adından və öz adımdan tələbə yoldaşım Azadə xanımı bu məsul vəzifəyə təyinatı münasibəti ilə ürəkdən təbrik edir, yaradıcılığında yeni-yeni uğurlar diləyirik!
Hüseyn ƏZİZOĞLU,
“Araz” Media Qrupunun rəhbəri.
araz.az xəbər portalı.