Qərbi Azərbaycan İcmasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərova mütəmadi olaraq Naxçıvan ərazilərində məskunlaşmış həmyerlilərimizlə görüşür.

araz.az NUHÇIXAN-a istinadən xəbər verir ki, növbəti görüş, yenə də, Ordubad rayonunun Parağa kəndində olub. Aytən Cəfərova görüş zamanı bildirib ki, bu gün Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın öz yurd yuvalarına sağlam və təhlükəsiz şəkildə qayıtmaları dövlətimizin prioritetidir.  Bu məsələ Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü zamanı da müzakirə mövzusu olub. Erməni KİV-lərində yayılan məlumata görə, Qərbi Azərbaycandan qaçqın düşən 65 min soydaşımız Ermənistanın cənub rayonlarına köçürüləcək. Bu xəbər 30 illik yurd həsrəti yaşayan Qərbi Azərbaycanlı soydaşlarımızı sevindirdi.

Söhbət zamanı bu insanların özləri ilə gətirdikləri etnoqrafik əşyalarla da tanışlıq olub. Onların qədim tarixi haqqında məlumatlar əldə edilib. Qədim məişət mərasimləri ilə bağlı əşyalar: gərdəkbənd, xalçalar, kilimlər, saxsı və boyalı qablar, onların üzərlərindəki nəbati və həndəsi naxışlar haqqında qərbi azərbaycanlıların yaddaşlarında qorunan maraqlı məlumatlar əldə edilib.

Qeyd edək ki, Parağa kəndində Qərbi Azərbaycanın  Gömür, Gabud və Axta kənd sakinləri məskunlaşıblar.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.