Dünən xəbər saytlarında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) eks-prezidenti Ramiz Mehdiyevin adı qurumun saytında sabiq prezidentlər siyahısında yer almadığına dair məlumat yayılıb.
Bu xəbər qısa müddətdə müzakirələrə səbəb olub. Sabiq prezident isə yerli KİV-ə açıqlamasında bunu özbaşınalıq adlandırıb: “Onların bunu etməyə ixtiyarı yoxdur. Bu, qanun pozuntusudur”.
Məsələ ilə bağlı AMEA-dan cavab gəlib. Bidirilib ki, “AMEA-nın sabiq prezidentləri” bölməsində akademik Ramiz Mehdiyevin adı əvvəlcədən daxil edilməyib: “Artıq həmin bölmənin yenilənmiş variantında akademik Ramiz Ənvər oğlu Mehdiyevin adı və haqqında məlumat müvafiq səhifədə yerləşdirilib”.
Qeyd edək ki, R. Mehdiyev 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik edib. Hazırda AMEA-nın prezidenti İsa Həbibbəylidir.
ƏVVƏL
SONRA
araz.az xəbər portalı.
araz.az xəbər portalı.