2018-09-15-17-33-05erdogan-bakida.jpgBakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parada çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistana mühüm ismarıclar göndərib.

Mia.az xəbər verir ki, Türkiyə mətbuatı Ərdoğanın Bakıdakı möhtəşəm çıxışına xüsusui yer ayırıb.

Bildirilib ki, Ərdoğan 15 sentyabr 1918-ci ildə qazanılan zəfəri kiçik düşürməyə çalışanların olduğunu deyib: “Biz bu zəfəri kiçik göstərməyə çalışan çevrələrin olduğunu bilirik. Onlar məğlubiyyətin acısını unuda bilməyənlərdir…”.

Ərdoğan deyib ki, Azərbaycanın sevinci, dərdi, sıxıntısı Türkiyənindir: “Azərbaycan ağlarsa, biz də ağlarıq. Azərbaycanın sıxıntısı olan Dağlıq Qarabağ problemi bizim də problemimizdir. Dağlıq Qarabağ probleminin həlli, Ermənistanla əlaqələrimizin düzəlməsində olmazsa olmazın şərtidir. Bu, belə bilinməlidir. 25 il əvvəl Xocalıda yaşananların qatillərini qəhrəman elan edənlərin bizə verəcək heç bir tarix dərsi yoxdur”.

 

araz.az xəbər portalı.