Putinin “Taxıl sazişi”nə qayıtmaq üçün sadalığı şərtlərdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrinə çağırış edib. O bildirib ki, “Taxıl sazişi”nin dayandırılması, qlobal ərzaq qiymətlərinin artması, bəzi regionlarda aclıq və yeni miqrasiya dalğalarına səbəb olacaq.
araz.az xəbər verir ki, Ərdoğanın bu çıxışını “MediaPost”a şərh edən siyasi analitik Teymur Qasımlı bildirib ki, Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonra ölkə iqtisadiyyatını düzəltmək üçün çalışır: “Rusiyanın “Taxıl sazişi”ndən çıxmaq üçün göstərdiyi səbəblər səthidir. Əsl səbəblər Türkiyənin “Azov” komandirlərini Ukraynana qaytarması, İsveçin NATO-ya daxil olmasına razı olmasıdır.
Sonra isə Ərdoğan 2025-ci ildə rus əsgərlərinin Qarabağdan çıxacağına ümid etdiyini dedi. Başqa bir səbəb olaraq deyə bilərik ki, Azərbaycan-Ermənistan arasında olan danışıqlara Qərbin, xüsusilə Vaşinqtonun qarışması Rusiyanı qıcıqlandırır. Digər əsas da Krım körpüsündəki partlayış və 60 tona yaxın taxılı aparan gəminin ruslar tərəfindən vurulması oldu”.
Ekspert bildirib ki, bütün bu hadisələrin fonunda Rusiya-Türkiyə münasibətlərinin pozulması gözlənilmir. Çünki Putinin sanksiyalardan çıxa bilmək üçün hələ də Türkiyəyə ehtiyacı var: “Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Putinlə məhz taxıl müqaviləsinə geri qayıtması üçün danışıqlar aparacaq. Dmitri Peskov isə bunu hələ ki, təsdiqləməyib.
Mən düşünürəm ki, Rusiyanın ilk müqavilədə irəli sürdüyü şərtlər yerinə yetirilmədiyinə görə “Taxıl sazişi”nə qayıtması çətin görünür. Son zamanlar Qərb dövlətləri alternativ yolların tapılması üzərində işləyirlər. Hər şey danışıqlardan asılıdır”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.