Cənubi Qafqazda geosiyasi vəziyyətin yaratdığı reallıq Azərbaycanın xeyrinə inkişaf etdikcə, regionda maraqlı qüvvələrin rolu da dəyişir. Münaqişənin həll olunma mexanizminin əngəllənməsi də həmin qüvvələrin maraqlarına xidmət edir.
Məsələ ilə bağlı, konkret.az keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun fikirlərini öyrənib.
araz.az bildirir ki, politoloq öz açıqlamasında xüsusi olaraq onu qeyd edib ki, regionda öz maraqlarını təmin etməyə çalışan qüvvələr var:
“Məqsəd heç də əraziləri Ermənistana və ya Azərbaycana vermək deyil. Proseslərin inkişafı göstərir ki, münaqişə bitməməli və onlar regionu idarə etməlidirlər. Rusiya burada öz siyasətini aparır və münaqişəni “işlək” vəziyyətdə saxlamaq istəyir. Münaqişənin davam etməsi Rusiyanın xeyrinədir. Bu məsələdə fəal tərəf sayılan Fransa və İranın da maraqları az deyil, məqsədləri də bəllidir. Bir tendensiyanı da qeyd eləmək yerinə düşər. Cənubi Qafqazda münaqişə ocaqlarının çoxalması həmin qüvvələrin maraqlarına uyğundur və onlar da buna çalışırlar. İndi Qarabağla yanaşı Zəngəzur münaqişə zonası da yaranıb. Ermənistan-Azərbaycan münaqişəsi ilk növbədə Qarabağ münaqişəsi kimi tarixə düşüb. İndi isə Ermənistan Azərbaycan münaqişəsi şəklində təqdim edilir. Deməli, Qarabağla Zəngəzur mövzusu eyni səviyyədə paralelləşdirilib.
Proseslər göstərir ki, yaxın gələcəkdə Qarabağ zonasından münaqişə sərhəddə keçəcək. Sərhəd deyəndə biz hazırkı şərti sərhəddi nəzərdə tutmuruq. Və elə güman edilməsin ki, bu hansısa sərhəd xətti üzərində baş verəcək. Danışıqlar nəticəsində bəlli olub ki, sərhədlə bağlı tərəflərin müxtəlif fikirləri var. Misal üçün 1991-ci ilin Almatı prinsiplərini tərəflər qəbul edir. Amma o vaxtlara aid sərhəddi qəbul eləmək istəmir. İlk növbədə ona görə ki, Ermənistan vaxtı ilə bu sərhəddən imtina edib və Azərbaycana qarşı rəsmən ərazi iddiaları qaldırıb. İndi münaqişə iki ölkə arasında, daha çox sərhəd üzərində olan münaqişəyə dönüb. Xaricdəki qüvvələr də indi o qənaətdədirlər ki, Qarabağda olan münaqişə zonasını saxlamaq üçün çoxlu sayda vəsait lazımdır. Çünki münaqişənin əsas oyunçuları orada qalan ermənilərdir.
Onları münaqişə əhval-ruhiyyəsində saxlamaq üçün həm maliyyə, həm hərbi, həm də siyasi potensial lazımdır. Bundan qabaq bu dəstəyi əsasən Rusiya verirdi. İndi Rusiya o vəziyyətdə deyil. Beynəlxalq qurumlar münaqişəni idarə etmək üçün daha çox sərhəd münaqişəsinə üstünlük verirlər. Çünki onun idarə olunması daha rahatdır. Orada əhalinin yaşamaması onların əl-qolunu açır.
Fikir verin, İran Zəngəzurda öz konsulluğunu açıb. İndi deyirlər Fransa konsulluq açmaq istəyir. Bundan qabaq Rusiya bəyan etmişdi ki, Qafanda konsulluq yaradır. İndi xəbərlər gəlir ki, Kanada Avropa İttifaqının missiyasına qoşulmaq istəyir. Artıq münaqişə addım-addım Qarabağdan sərhəddə keçir. Bu proses davam edəcək”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.