Türkiyədə 14 və 28 may tarixlərndə keçirilən seçkilərdə Prezident Ərdoğanın lideri olduğu Cumhur İttifaqında təmsil olunan Hüda Par partiyasının Adanadakı təşkilatının ofisinə bıçaqlı hücum olub.

Hücumda təşkilat sədri Saleh Dəmir yaralanıb, onun müavini Sacit Pişgin isə həyatını itirib.

Hadisə ilə bağı şəhər valiliy açıqlama yayıb. Bildirilib ki, hadisə bu gün yerli vaxtla saat 17.00 radələrində Seyhan rayonunda HUDA PAR şəhər təşkilatının binasında baş verib:

Saleh Dəmir

“Naməlum şəxs binasına daxil olaraq namaz qılan HUDA PAR Adana şəhər təşkilatının sədəri Salih Dəmir və onun müavini Sacit Pişginə bıçaqlı hücum edib. Nəticədə Saleh Dəmir yaralanıb, Sacit Pişgin aldığı bıçaq zərbələrindən ölüb. Hücumu törədən A.S. polis tərəfindən saxlanılıb. AraşdIrma gedir”.

HUDA PAR sədrinin müavini Halef Yılmaz sosial media hesabından hücumla bağlı açıqlama verib.

Sacit Pişgin

O, bu hücumu narkobaronlaırn təşkil etdiyini deyib və əlavə edib ki, hücum edən iki nəfər olub: “Bu narkotik ticarətçilərinin izini buraxmayacağıq…”

DİN başçısı Ali Yerli Kaya da hadisəni pisləyərək, təşkilat sədrinə Allahdan şəfa, müavininə isə rəhmət diləyib. Nazir bildirib ki, hadisə ətraflı araşdırılır.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.