Zaman-zaman diqqət çəkən açıqlamaları ilə Türkiyə qəzetlərində manşet olan AKP İdarə Heyətində təmsil olunan, deputat seçkilərində mənsub olduğu partiyadan ard-arda 3 dəfə millətvəkili seçilən Mətin Külünk Türkiyədəki iqtisadi böhrana yenə üsyan edib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, ölkədəki iqtisadi böhrana özünəməxsus formada reaksiya verib.
AKP funksioneri sosial media hesabında bildirib ki, bu günə qədər kapital sahibləri, banklar və müxtəlif balanslaşdırma qurumları dövlətin bir çox resurslarından faydalanaraq zənginləşiblər: “Hər böhranın yükünü də yoxsula, imkansıza yükləyərək, şəxslərinin zənginləşməyini uğur kimi millətə sırıyıblar. Bu “model”ə etiraz edənləri də sərmayə düşməni kimi hədəf göstəriblər. Bizim iqtisadı problemimiz məhz budur. Sərmayə strukturu və keyfiyyəti həyati əhəmiyyət kəsb edir və bir ölkənin savaşsız və müharibəsiz ən böyük qələbəsidir. İndiki halda, biz də dünyanın gəldiyi nöqtədə, rəqəmsallaşma qarşısında yeni bir kapital quruluşundan və iqtisadiyyatı əhatə edən bir şəkildə insansız sistemlərin qurulmasından danışmalıyıq. Müdafiə sənayemizdə və yüksək texnologiyalı investisiyalarımızda olduğu kimi, resursların böyük hissəsi yeni zamana və yeni inkişaf etdirilən texnologiyaya uyğun olaraq istehsalı dəstəkləməlidir. Dünyadakı dəyişən və transformasiyaya uğrayan iqtisadi fenomeni dərk etməyən və bu prosesdə özünü yeniləyə bilməyən kapital strukturları gələcəyin dünyasında özünə yer tapa bilməyəcək. Hələ də dövlətə və köhnə istehsal və ticarət modelinə arxalanan kapital özünü yenidən təşkil etməlidir, çünki bu model məhv olmaq üzərədir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.