Kamal Kılıçdaroğlunun sədri olduğu Cümhuriyyət Xalq Partiyasında (CHP) seçkidən sonra gərginlik davam edir.
araz.az Türkiyə mediasına istinadla xəbər verir ki, ötən gün CHP-nin 36 bələdiyyə sədri ilə CHP-də keçirilən iclas çox gərgin keçib.
Məlumata görə, iclasda çıxış edən İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Kamal Kılıçdaroğlunu açıq şəkildə istefaya səsləyib. O, hətta bir qədər də irəli gedərək Kılıçdaroğluna “Əgər sən sədr olmağa davam etsən, 2024 bələdiyyə seçkilərində mən olmayacağam”, – deyə, ultimatum da verib.
İddiaya görə, onun bu çıxışına iclasda CHP-li Ahmet Akın müdaxilə edərək “Çıxışını yekunlaşdır” deyib. İmamoğlu isə ona cavabda hiddətlənib: “Dinləyəcəksən, qardaşım. Dinləməyi öyrənəcəksiniz”.
Məsələ ilə bağlı CHP açıqlama yayıb.
Partiya rəsmən bildiirb ki, iclasda belə gərginlik yaşanmayıb.
Qeyd olunub ki, Partiyanın mərkəzi qərargahımızda keçirilən yığıncaqda Əkrəm İmamoğlu partiya liderinə “Əgər sən sədr qalacaqsansa, 2024 bələdiyyə seçkilərində iştirak etməyəcəm” sözünü işlətməyib.
Partiyanın açıqlamasını aşağıda olduğu kimi təqdim edirik:
araz.az xəbər portalı.
araz.az xəbər portalı.