Ermənistanın Lori vilayətinin Vanadzor şəhərində keçirilən musiqi festivalında gənc oğlan qaçaraq səhnəyə Qarabağdakı terrorçu rejimin bayrağı ilə çıxıb.
Görüntülər “Gənclərin səsi” vətəndaş təşəbbüsü tərəfindən “Facebook”da yayımlanıb.
Oğlan səhnədə “Qarabağ” şüarları səsləndirərək qondarma rejimin bayrağını açıb.
Videodan görünür ki, polis onu aparıb. “Gəncliyin səsi”nin təsisçisi Hovhannes Arutyunyan bildirib ki, aksiyanı təşəbbüsün iştirakçısı Areq Qasparyan həyata keçirib. Arutyunyanın sözlərinə görə, bundan sonra Qasparyan və təşəbbüsün digər iki üzvü polis tərəfindən apaırlıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.