sebnem.jpgTanınmış ifaçı Şəbnəm Tovuzlu bu gün konsert vermək üçün Yaşıl teatra yollanıb. Müğənni hal – hazırda konsert öncəsi məşqlərini tamamlayıb, vijaz üçün hazırlıq edir. Konsert öncəsi Şəbnəm Tovuzlu xəbərçi.az – a danışıb: ” Həyəcan hələ ki, yoxdur. Çox xoşbəxtəm. Amma səhnəyə çıxanda o auditoriyanı görüb, həyəcan olarsa, bir şey deyə bilmərəm. Ailəmdən qaynanam, qayınımın qızı yanımda olacaq. Həyat yoldaşım təbii məni tək buraxmaz, o helekopterlə fırlanıb, göydən nəzarət edəcək. Allah hər kəsin ailəsini sevənlərini var etsin, çox sevinirəm.”

Qeyd edək ki, Şəbnəm Tovuzlu bu gün Yaşıl Teatrda saat 20:00-da möhtəşəm konsert proqramı ilə çıxış edəcək.

 

araz.az xəbər portalı.