Bakının Nəsimi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə, “Azərbaycan mətbuatının inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır” adlı tədbir keçirilib. Bu barədə, təşkilatçı YAP rayon təşkilatından araz.az-a daxil olan məlumatda bildirilir ki, tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun, tədbir iştirakçılarını və dəvətli qonaqları salamladıqdan sonra, 148 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatının ötən müddət ərzində keçdiyi böyük və şərəfli inkişaf yolu ilə bağlı çıxışı olub. Çıxışı zamanı, o, xüsusi olaraq onu qeyd edib ki, Azərbaycanın ilk milli mətbu orqanı olan «Əkinçi» qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün — iyul ayının 22-si Azərbaycan Milli Mətbuat Günü elan edilib. Müstəqilliyin əldə edilməsindən sonra, informasiya texnologiyalarının inkişafı isə, Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Artıq, Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 16 avqust, 1998-ci il tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə, ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsi, kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verib.

Çıxışına davam edən rayon rəhbəri daha sonra bildirib ki, müzəffər ordumuz 44 günlük Vətən Müharibəsində böyük qəhrəmanlıq göstərərək, işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazıb. Həmin gün möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, tariximizin ən şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib dövlət, xalqımız isə, məğrur xalq kimi bir daha tanınıb. Bir daha sübut olunub ki, güclü ordusu ilə, güclü dövlət anlayışı vəhdət təşkil edir.

Məruzəçi onu da qeyd edib ki, Vətən Müharibəsi zamanı KİV nümayəndələri də, cəbhə bölgəsində aktiv iştirak ediblər. Ümumilikdə götürdükdə, Vətən Müharibəsinin informasiya cəbhəsinin qurulmasında jurnalistika fəal rol oynayıb. Ən əsası odur ki, ermənilərin informasiya təxribatları ilə bağlı, beynəlxalq media ictimaiyyəti ətraflı məlumatlandırılıb. Bütün bunlar isə, möhtəşəm qələbənin qazanılmasında mühüm rol oynayıb.

“Bakı Xəbər” qəzetinin Baş redaktoru Aydın Quliyev və Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov çıxış edərək, milli mətbuatımızın keçdiyi zəngin və şərəfli yoldan danışıblar. Xüsusi olaraq onu vurğulayırlar ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, mətbuat sahəsində əldə olunan uğurlar böyük olub. Məhz dövlət səviyyəsində mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, həmişə, mətbuat işçiləri öz adlarından dərin minnətdarlıqlarını çatdırırlar.

Məlumata görə, bu tədbirin sonunda, Milli Mətbuat Günü münasibəti ilə, KİV nümayəndələrinə hədiyyələr təqdim olunub.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.