“Ölkə başçısı Şuşa səfərində kifayət qədər ciddi mesajlar verdi, bütün sahələrə toxundu və Azərbaycanın prinsipial mövqeyini vurğuladı, xüsusilə də, ermənilərlə bağlı gələcəyin strategiyasını elan elədi”.

araz.az  faktmedia.az-a istinadən xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa deyib.

Deputat bildirib ki, Cənab Prezident ölkədə müəyyən islahatların həyata keçirilməsi istiqamətində fikirlərini açıqladı, medianın azadlığı və başqa məsələlər üzərində də  mülahizələrini söylədi:

“Bu, olduqca önəmli, tarixi əhəmiyyətli bir çıxış idi və o çıxışda nəzərdə tutulan müddəalar əslində Azərbaycanın yaxın on ildəki strategiyasını dəqiq təsvir etməyə imkan yaradır. Düşünürəm ki, buradakı açıq mətnlər, qalstuksuz, daha təbii bir formatda müzakirənin aparılması həm də Azərbaycanın demokratik dünyəvi dövlət kimi imici üçün də xoş təəssurat yaratdı. Bu fikirlər məncə ciddi təhlil olunmalı və gələcəyin siyasi istiqamətləri bunun üzərində qurulmalıdır”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.