Hər kəs bilməlidir ki, özəlləşdirmə çekləri sahibləri nəyi tələb edir?
- Konstitusiya və qanunla ailəmizin haqqı olan 20 000 $ miras əmlak payımızı tələb edirik.
- Kimlər və hansı oliqarx məmurlar çeklərlə bağlı problemin həllinə mane olur?
- Güc birlikdədir. Ancaq bu halda özümüzə və Cənab Prezidentə kömək edə bilərik ki, ƏDALƏT bərpa olunsun.
Biz Qanunun və Konstitusiyanın qoyduğu qaydalara uyğun olaraq, bizə kapitalizmə dinc keçid üçün Sovet dövlətindən qalan var-dövlətdən Qanunla ailələrimizə öhdəlik kimi VƏD olunmuş halal miras əmlak payımızı istəyirik.
Xalqa qarşı saymamazlıqdan, PA-nın rəhbəri olmuş Ramiz Mehdiyevin və hüquqşünaslarının səhvlərindən yaranmış bu problemi beynəlxalq səviyyədə cənab prezidentə qarşı istifadə etmək istəyənlər var. Oliqarx məmurlar bu problemin Konstitusiya Məhkəməsində tez bir zamanda həll olunmasının qarşısını alırlar və hüquqi müstəvidə həllini istəmirlər. Çünki işi böyüdüb sosial gərginlik yaratmaqla, beynəlxalq səviyyədə və xalq arasında Cənab Prezidentin imicinə zərər vurmaq istəyirlər.
Konstitusiya Məhkəməsinin eksperti, ADU-nun dosenti, hüquqşünas və vəkil Mübariz Yolçiyev məsləhət görür ki, sentyabrın 20-nə qədər gözləyək.
Vətəndaşlar su, qaz, işıq pulunu bir həftə gecikdirdikləri halda məmurlar hökumətin adı ilə onların nəfəsini kəsir. Bu il təhsil pulunu ödəyə bilməyən 3000 tələbə univesitetlərdən qovulub. 12 ildir Konstitusiya və Qanunlarla 65%-i vətəndaşlara məxsus olan bütün orta və iri müəssisələrin özəlləşdirilməsi çeklərsiz aparılır. Bizim halal əmlak paylarımız rüşvət və büdcədən oğurlanan pulla varlanmış oliqarx məmurlara və qohumlarına satılır. Bu kobud hüquq pozuntusu və mütəşəkkil ağır korrupsiya cinayətidir.
PA rəhbəri olmuş Ramiz Mehdiyev və hüquqşünasları çeklərlə bağlı bəzi Konstitusiyaya zidd fərmanları cənab prezidentə imzalatdıran zaman KONSTİTUSİYA QANUNUNA uyğun olmadığından fərmanların preampulasında fərmanın Konstitusiya uyğunluğu əsaslandırılmayıb və yazılmayıb.
Hörmətli məmurlar, PA rəhbəri və hüquqşünasları xahiş edirik nəzərə alın ki, bu hüquqi səhvlər tezliklə aradan qaldırılmasa, cənab prezidentin və dövlətimizin imicinə böyük zərbə dəyə bilər. Məsələn, bu işdə maraqlı olan vurulmuş oliqarxlar, həqiqi müxalifət adlanan radikal müxalifət və ya zərərçəkmiş vətəndaşlar xarici jurnalistlərə və səfirliklərə, prezidentlərinə, xarici dövlətlərin investisiya və iqtisadiyyat nazirliklərinə, Beynəlxalq İnvestisiya təşkilatlarına, hüquq və korrupsiya ilə bağlı beynəlxalq təşkilatlara müraciət edəcəklər. Nəticədə dövlət nümayəndələri və ən əsası cənab prezident xaricdə olan zaman investisiyalar və inkişaf, islahatlar, insan hüquqları barədə danışanda xarici jurnalistlərin özəlləşdirmənin Konstitusiyaya zidd qanunsuz şəkildə aparılması və mütəşəkkil ağır cinayət barədə verdiyi sualların qarşısında nə cavab veriləcək? Və onda sizin üçün Cənab Prezident hansı cəzanı verəcək? Günah sizindir ki, səhvləri və hüquqi faktları Cənab Prezidentdən gizlədirsiniz.
Siz Cənab Prezidentin birbaşa düşmənlərisiniz.
Statatistikadan məlumdur ki, 1 ildə yaşlı insanların 1%-i ölür. 25 ildir dövlətçiliyimizə, Ulu Öndər Heydər Əliyevin imzasını daşıyan Konstitusiya və qanunlarımıza inanaraq özəlləşdirmə paylarını ümidlə saxlayan bir milyon vətəndaşdan 10 000-i ölür və deməli, hər gün öz halal miras əmlak haqqını ala bilmədən 30 vətəndaş ölür. Qarabağ müharibəsində heç bu qədər insan ölməyib. Bu, çox acnacaqlı bir haldır. Məlum məsələdir ki, cənab Prezidenti aldadıblar və indi də qorxularından işi uzadırlar.
“İnsanlar haqqını tələb etməlidir və necə tələb etməyi bacarmalıdır” – bu, Cənab Prezidentin sözləridir. Biz əslində həm xalqın haqqını, həm də Prezidentin ləyaqətini müdafiə edirik.
Özəlləşdirmə Payları (çekləri) ilə bağlı Konstitusiya Məhkəməsinin müraciətlərə münasibət bildirməsini xahiş edirik
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri cənab Fərhad Abdullayevə
Ünvan: AZ1005, Bakı şəhəri, Gənclər Meydanı 1
Vəkil Müraciəti
Çox hörmətli, Fərhad müəllim. “Sirius” Vəkil Bürosunun vəkili Yolçiyev Mübariz Xalid oğluna müraciət etmiş dövlət özəlləşdirmə payı (çeki) sahibi olan bir qrup Qarabağ müharibəsi və əmək veteranı adından Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılması üçün 22 may 2023-cü ildə konstitusiya şikayəti göndərilmişdir. Həmin şikayət ilə bağlı bu günə qədər heç bir cavab almadığımız üçün vətəndaşlar böyük narahatçılıq keçirir, mənəvi və psixoloji gərginlik yaşayırlar. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Azərbaycan Respublikası Ali Məhkəməsinin vətəndaşlara göndərdiyi məktubdan, Azərbaycan Respublikası Konstitusiyasından aydın olur ki, normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılması ancaq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətinə aiddir. Bundan başqa, Azərbaycan Respublikası Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri cənab Zahid Oruc, Azərbaycan Respublikası Milli Məclisin deputatı Asim Mollazadə və Milli Məclisin digər deputatları da bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etdiklərini vətəndaşlara bildirmişdilər.
Yenə bir çox tanınmış kütləvi informasiya vasitələrində, internet qəzetlərində, “Youtube” və digər sosial media şəbəkələrində bu məsələ ilə bağlı çıxış edən ölkəmizin nüfuzlu ziyalıları, hüquqşünas alimləri də vətəndaşların haqlı tələbini ictimaiyyətə çatdırıblar. Nəzərinizə çatdırmaq istəyirik ki, dövlət özəlləşdirmə payı (çeki) sahiblərinin sayı halhazırda 1 000 000 – dan çoxdur və onların Facebook qrupu mövcuddur, bütün məsələləri həmin qrupda müzakirə edirlər. Hesab edirlər ki, artıq 12 ildir Konstitusiya və Qanunlara zidd olaraq özəlləşdirmə aparılır, bundan sonra da özəlləşdiriləcək orta və iri müəssisələrin maliyyə tutumu təxminən 10 milyardlarla ifadə olunur. Konstitusiya və Qanunlara zidd özəlləşdirmələr ilə mülkiyyət hüququ və digər konstitusion hüquqlarının pozulduğunu hesab edirlər.
Vətəndaşların haqlı narazılığını, sosial gərginliyin artmasını və yuxarıda göstərdiyimiz faktları nəzərə alsaq, bu məsələnin tez bir zamanda həll olunmasını və Konstitasiya Məhkəməsi haqqında Qanunun aşağıdakı iki bəndi də şərtləndirir:
34.5. Hüquq və azadlıqların pozulması nəticəsində ərizəçiyə ağır və bərpaedilməz zərərin vurulmasının digər məhkəmələr vasitəsi ilə qarşısının alınması mümkün olmadıqda şikayət bilavasitə Konstitusiya Məhkəməsinə verilə bilər.
52.4. Konstitusiya Məhkəməsinin Plenumu ağır və bərpaedilməz zərər vurulmasının qarşısının alınması məqsədi ilə işin mahiyyəti üzrə qərar qəbul edilənədək mübahisə olunan normativ hüquqi aktın və ya bələdiyyə aktının icrasının dayandırılmasına dair qərar qəbul edə bilər və tərəflərə mübahisənin məhkəməyədək nizamlanmasını təklif edə bilər. Bu durum həmin vətəndaşlar (çek sahibləri) tərəfindən 22 may 2023-cü ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilmiş konstitusiya şikayətində göstərilən bəzi normativ hüquqi aktların Konstitusiya Məhkəməsi tərəfindən tezliklə Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasının zəruri olduğunu təsdiq edir. Məhz bu hüquqi problemin tez bir zamanda həll olunması sosial gərginliyi aradan qaldıracağı, gələcəkdə məhkəmələrin yükünü azaldacağı kimi həm də dövlətimizə və Cənab Prezidentimizə haqlı vətəndaş dəstəyini də min qat artıracaq.
Həmin normativ hüquqi aktların heç birinin preambulasında Azərbaycan Respublikası Konstitusiyasına və normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununa uyğun olaraq konstitusion əsaslandırma aparılmadığından yazılmayıb. Mülkiyyət hüququnun, bütün dünyada qəbul edilmiş universal prinsiplərinə və insan hüquqlarına dair beynəlxalq sənədlərinə uyğun olaraq respublikamızda qorunması ölkəmizdə qiymətli kağızlar bazarının inkişafına, xarici investisiyaların cəlb olunmasına səbəb olacağı kimi, həm də xarici investorların dövlətçiliyimizə və qanunvericiliyimizə inanaraq bu bazarda iştirakının təminatı olacaqdır. Cənab Sədr! Bütün bunları nəzərə alaraq bir daha xahiş edirik ki, bu məsələnin tezliklə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunda baxılmasını təmin edəsiniz.
İmza: Vəkil Mübariz Yolçiyev
Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin rəyi:
İlk müraciət 22 may 2023-cü ildə edilib.
Konstitusiya Məhkəməsinə şikayət Tam Versiya və əsaslandırma:
https://www.facebook.com/groups/668471343515846/permalink/1587723841590587/
“Özəlləşdirmə çekləri” qrupuna üzv olun:
https://www.facebook.com/groups/668471343515846
Cənab Prezidentə 100 minlərlə ailələrin müraciəti:
https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133/
Несправедливость по отношению к народу и саботаж против государства – Кто и как лишил граждан Азербайджана прав на приватизацию?
araz.az xəbər portalı.
araz.az xəbər portalı.