img_0785.jpgMillət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənverlə görüşdə Azərbaycan Xalq Cümhuriyyətini quran dədələrimizin, şəhidlərimizin, Ənvər Paşa, Nuru Paşa başda olmaqla Türk Qafqaz İslam Ordusunun bütün qəhrəmanlarının qarşısında baş əyərək, onları hər zaman sevgi, qayğı və rəhmətlə andığımızı və anacağımızı söyləyib. O, dəvətini qəbul edib bu önəmli tədbirlərdə iştirak etmək üçün Azərbaycana gələn əziz dostu,Ənvər Paşanın nəvəsi, Nuru Paşa ailəsinin təmsilçisi, gözəl ziyalı Arzu Ənvərə və ailəsinə təşəkkür edib və onların iştirakı ilə bu tədbirlərin keçirilməsinin xüsusi məna daşıdığını xüsusi vurğulayıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmindən,erməni-bolşevik dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətdən xilas etməsindən, Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun böyük fədakarlığından danışan millət vəkili Q.Paşayeva onlar Türk dünyasının bugünki və gələcək nəsilləri üçün ən gözəl örnəklərdəndirlər deyib.

Millət vəkili Q.Paşayeva dövlət başçımız İlham Əliyev və qardaş Türkiyəninin prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün, 15 sentyabrda Bakıda keçiriləcək möhtəşəm paraddan da danışıb və bu tədbirlə Bakıdan dostlara da düşmənlərə də çox önəmli məsajlar veriləcək deyib. Nuru Paşanın qardaşı Ənvər Paşanın nəvəsi Arzu Eroğan Azərbaycan bizim üçün Vətəndir və burada hər zaman, o cümlədən bu önəmli tarixlərdə olmaqdan, tədbirlərdə iştirak etməkdən qürur duyuram və çox xoşbəxtəm deyib. Arzu xanım ailəsi adından özəlliklə dövlət başçısı İlham Əliyevə və ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib və inanıram ki, Ənvər Paşanın, Nuru Paşanın ruhu şaddır və Azərbaycan hər zaman daha da inkişaf etdikcə şad olacaqdır deyib və Azərbaycanı çox sevdiyini xüsusi vurğulayıb. Arzu Ənvər hər zaman Azərbaycanımızın yanındayıq və Azərbaycan xalqına təşəkkür edirik deyib və bu tarixi günlə bağlı yazdığı yazını Qənirə Paşayeya təqdim edərək onun Azərbaycan insanın çatdırılmasında dəstək göstərilməsini xahiş edib. Yazıda Ənvər Paşa, Nuri Paşa ailəsinin Azərbaycana sevgisi geniş əks olunub.

Millət vəkili Q.Paşayeva Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənvər Azərbaycan mədəniyyəti ilə bağlı materiaqlları və hədiyyələri təqdim edib və bura sizin Vətəninizdir hər zaman gözləyirik deyib. Arzu Ənvər Eroğan və ailəsi və millət vəkili Q.Paşayevanın dəvətini qəbul edərək Azərbaycana gələn, müstəqilliyik uğrunda mübarizə apardığımız illərdə SSRİ rəhbərliyinin törətdiyi dəhşətli 20 yanvar faciəsi zamanı “Ağla, qərənfil,ağla” şeirini bəstəliyib ifa edərək bütün Türkiyəyə həqiqətləri çatdıran sənətçi Hasan Sağındığ millət vəkili Q.Paşayeva ilə birlikdə Şəhidlər Xiyabanı, Bakı Türk Şəhidliyi, Fəxri Xiyabanı ziyarət ediblər, sonra Şamaxıda 130 türk şəhidinin şərəfinə ucaldılmış və əsaslı təmir-bərpa işlərindən sonra açılan “Türk şəhidliyi” abidəsini ziyarət ediblər, ruhlarına dualar oxuyublar.

Reportyor.info

 

araz.az xəbər portalı.