Rusiya postsovet məkanındakı ölkələrin çoxunda vəziyyəti destabilizasiya edir.
Muxalifet.az xəbər verir ki, bunu Litvanın Rukla şəhərində xidmət keçən alman əsgərləri qarşısında çıxışı zamanı Almaniya kansleri Angela Merkel deyib.
“Biz Avropa Birliyi və NATO-ya üzv olmayan bütün keçmiş sovet respublikalarının Rusiyanın yaratdığı daxili konfliktlərlə toqquşduğunu görürük. Bu gün bu dövlətlərin hamısı öz ərazi bütövlüklərinin bərpası ilə məşğuldurlar. Belə ki, Rusiya ya bu ərazilərin bir hissəsini onlardan ayırıb, ya da orada konfliktlər yarada bilib”, – deyə o bildirib.
O, buna əsas sübut kimi Ukrayna, Gürcüstan, Ermənistan, Moldova və Azərbaycanda yaranan situasiyanı misal göstərib.
araz.az xəbər portalı.