Baş nazir Nikol Paşinyanın çağırdığı mətbuat konfransı davam edir. Bir müddət əvvəl jurnalistlər ondan soruşdular ki, əgər Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağı tərk etmək qərarına gəlsələr, Qarabağ ermənilərinin taleyi necə olacaq?

Paşinyan suala cavab olaraq bildirib ki, “Rusiya sülhməramlı qoşunlarının Qarabağa yerləşdirilməsinin məqsədi var və bu, Rusiya Federasiyası Federal Məclisinin müvafiq qərarında qeyd olunub”.

Onun sözlərinə görə, həmin qərarda deyilir ki, Federal Məclis Rusiya Federasiyasının prezidentinə əhalinin kütləvi şəkildə öldürülməsinin qarşısını almaq üçün Qarabağa sülhməramlı qüvvə göndərməyə icazə verir.

“Bu söz Rusiya Federasiyası Prezidentinin həmin münasibətlə Federal Məclisə göndərdiyi ərizədən götürülmüşdür. Yəni Rusiya Federasiyasının prezidenti özü Federal Məclisə müraciət edib ki, əhalinin kütləvi qırğınının qarşısını almaq üçün Qarabağa sülhməramlı qüvvə göndərilməlidir. Əgər Rusiya Federasiyası nüanslardan asılı olmayaraq geri çəkilməyə qərar verirsə, bu, ən azı Qarabağda belə bir təhlükənin olmaması deməkdir”, – deyə o, əlavə edib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.