Xəbər verdiyimiz kimi, Ermənistandan 400 ton həcmində humanitar yük daşıyan 19 tır Qarabağa doğru yola düşmüşdü.
Tır karvanı Laçın nəzarət-buraxılış məntəqəsinə çatıb. Hadisə yerində Aİ-nin müşahidəçi missiyası da var.
Azərbaycan Ordusu yüksək səviyyəli hazırlıq vəziyyətinə gətirilib.
Ermənistanın göndərdiyi yüklər sərhədi keçmək üçün icazə gözləyir.
Ermənilərin “səlahiyyətli” nümayəndəsi Vardan Sərkisyan Ermənistanın sərhəd keçid məntəqəsindən buraxıldıqlarını, hazırda iki ölkənin sərhəd keçid məntəqələri arasında gözlədiklərini bildirib.
“Rusiya sülhməramlıları ilə əlaqə yaratmışıq. Cavab gözləyirik. Prosesə əlavə təsirlərin olduğunu nəzərə alsaq, bir qədər səbirli olmalıyıq.
Cavab gələnə qədər yük maşınları sərhəddə gözləyəcək”, – V.Sərkisyan deyib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.